Yaponiya sahillərində 5.8 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 17:10-da Fukusima prefekturasında İvaki şəhərindən 134 km şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 14.7 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

COP29