Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verdi

media-hightechnic-468x90

Yaponiyanın Takahama Atom Elektrik Stansiyasının birinci enerji blokunda buxar sızması baş verib.

Bu barədə “Kansai Electric Power Co.” enerji şirkəti məlumat yayıb.

Hadisədən sonra mütəxəssislər stansiyada və onun ətrafında radiasiya səviyyəsini yoxlayıblar. Bu göstəricidə artım qeydə alınmayıb. Stansiya operatorunun press-relizində sızmanın obyektin fəaliyyətinə heç bir təsiri olmadığı bildirilir.
Hazırda ekspertlər hadisənin bütün şəraitini və səbəblərini müəyyənləşdirməyə çalışırlar. Həmçinin bildirilir ki, şirkət sızmanın müəyyən edilməsi və aradan qaldırılması üçün texniki işlərlə məşğul olduğu halda, elektrik stansiyası elektrik enerjisi istehsalını 40% azaldacaq.

Mənbə: life.ru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa