Yaradılmış süni videolar və onların cəmiyyətə TƏSİRİ

media-hightechnic-468x90

“Süni intellektlə yaradılmış reala bənzər (realistik) videolar, xüsusilə “Google Veo 3” kimi texnologiyalarla hazırlandıqda, artıq vizual həqiqət anlayışını dəyişdirəcək dərəcədə güclü bir mərhələyə çatıb”.

Bunu Yenicag.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.

media-whatsapp-gorsel-2025-06-13-saat-17-55-11_89b6b477

O, son günlər sosial şəbəkələrdə süni intellektlə hazırlanan videolar barəsində danışıb və bunun cəmiyyət üçün mənfi və müsbət tərəflərini izah edib.

Müsahibimiz söyləyib ki, “Google Veo” 2024-cü ilin sonlarında təqdim edilən və sadəcə yazılı təsvir əsasında fotorealistik video generasiya edə bilən süni intellekt modelidir:

“Onun xüsusiyyətləri arasında 8 saniyə və daha uzun videolar hazırlaya bilməsi, kamera hərəkətləri, işıq effekti, perspektiv kimi real kino keyfiyyətli görüntülər yaratması, prompt əsasında müxtəlif janrlarda video – sənədli, musiqili klip, reportaj və s., hazırlaması yer alır. Məsələn, “ağacların arasında gün batımı fonunda qaçan adam” yazırsan və “Google Veo” real videoya çevrilmiş şəkildə bunu təqdim edir”.

(Deepfake) və dezinformasiya, ictimai inamın aşınması məsələsi ilə bağlı isə mütəxəssis bunları  söyləyib:

“Süni intellekt ilə hazırlanan bu videolar real hadisə təəssüratı yaradır. Siyasi liderlərin “danışdığı”, hadisələrin “baş verdiyi” saxta videolar yayılıb – ictimai fikri manipulyasiya etmək mümkün olur. Şəxslərin razılığı olmadan üzləri videolara əlavə edilə bilər. Reputasiyanın zədələnməsinə yol aça bilər. İnsanlar realla saxtanı ayırd edə bilmədikcə, videoya və mediaya ümumi etimad azalır.  Şantaj videoları, saxta sübutlar, ticarət dələduzluğu və fırıldaqçılıq arta bilər”.

“Google Veo” kimi alətlər texnoloji baxımdan inqilabi nailiyyətdir, lakin hüquqi və etik tənzimləmə olmadan bu güc təhlükəyə çevrilə bilər. Gələcəkdə dünyada etik süni intellekt prinsiplərinin tətbiqi, yoxlama texnologiyalarının inkişafı və məsuliyyətli istifadə çox vacib mövzular olacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600