Yasamalın bir hissəsində qaz verilişi təcili dayandırıldı

media-hightechnic-468x90

Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə 10.04.2025-ci il saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən Yenicag.az-a verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.

Qeyd olunub ki, Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, Mida yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa