Yaşlı qadını maşın vuraraq öldürdü - Sumqayıtda

media-hightechnic-468x90

Sumqayıt şəhərində 57 yaşlı qadını maşın vuraraq öldürüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

1961-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sultanova Xuraman Əlcan qızı magistral yolun Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisəyə, qəza baş verən ərazinin işıqlandırılmaması və həmin ərazidə piyada keçidinin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa