Yaxın Şərqdə susmayan SİLAH SƏSİ: "Bu siyasət beynəlxalq hüquq baxımından..."

media-hightechnic-468x90

“İsrail Amerikanın himayəsi altında olduğu üçün bütün dünya buna göz yumur”.

Bunu İsrailin bölgədə gərginliyi artırmasının region üçün mümkün nəticələrindən danışan politoloq Azad Məsiyev Yenicag.az-a açıqlamasında deyib.media-azadmesiyev1

O, ABŞ Prezidenti Donald Trampın sülh istiqamətində gördüyü işlərin faktiki olaraq işə yaramadığını qeyd eidb:

“Yaxın Şərqdə baş verən hadisələr yəhudi lobbisinin proqramı əsasında həyata keçirilməkdədir. Bu lobbinin böyük bir proqramı var: Yaxın Şərqdə böyük İsrail dövləti yaratmaq. İsrail dövlətində hakimiyyətə gələn siyasi partiyalar bu proqramı bacardıqları qədər həyata keçirməkdədir. Bu baxımdan, İsrail dövlətinin indiki siyasi hakimiyyəti bu proqramın tərkib hissəsi kimi digər bölgələrdə bu və ya digər ad altında dövlətlərin torpaqlarını ələ keçirməkdədir. İsrail dövləti Fələstin torpaqları hesabına öz ərazilərini genişləndirib, Suriyada “Golan” yüksəkliklərini nəzarətə götürüb. Qəzzada baş verən hadisələr də buna bariz nümunədir. Yüz minə yaxın dinc əhalinin qətlə yetirilməsi soyqırımı siyasətidir. Əhalinin yaşaması üçün bütün infrastrukturlar dağıdılaraq onların məcburi köçürülməsi siyasəti həyata keçirilir. ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh missiyası isə sadəcə görüntüdür”.

Politoloq ABŞ-də prezidentin yəhudi lobbisinin dəstəyi ilə seçildiyini vurğulayıb:

“Amerika ekspertləri də qeyd edir ki, Amerikada bu lobbinin dəstəyi olmadan hansısa siyasi partiyanın hakimiyyətə gəlməsi mümkün deyil. Bu da o deməkdir ki, ABŞ-də hakimiyyətə gələn komanda İsrail dövlətinə mənəvi borclu olduğu üçün onun apardığı aqressiv siyasətə dəstək verməkdədir, bəzi hallarda isə göz yummaqdadır. Bu gün İsrailin Fələstində, həmçinin Suriya, İordaniya, Qəzzada apardığı siyasət beynəlxalq hüquq baxımından heç bir əndazəyə sığmır”.

A. Məsiyev qeyd edib ki, İsrail Amerikanın himayəsi altında olduğu üçün beynəlxalq ictimaiyyət onun əməllərinə göz yumur:

“Tramp İsrailin diktəsi ilə davranır. Əgər Amerika İsrailin ipini yığmaq istəyirsə, Rusiyaya tətbiq olunan sanksiyalar İsrailə də tətbiq olunmalı idi. Ona görə ki İsrail də Rusiya kimi başqa dövlətin torpaqlarını işğal edib, dinc əhalini qətlə yetirib, amma onlara göz yumurlar. Bu da dünyada ikili standartın bariz nümunəsidir. İsrailin məqsədi yaxın Şərqdə “Böyük İsrail” dövləti yaratmaqdır, bu siyasəti də aqressiv davranaraq həyata keçirməkdədir. İsrail bütün qonşularına eyni münasibəti bəsləyir amma beynəlxalq ictimaiyyət bu davranışlarına göz yumur. Düşünürəm ki, bu onların ABŞ-nin himayəsi altında olmalarına görədir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa