Yaxın Şərqdəki gərginlik Çini də silkələdi - Xaricə yanacaq satışı dayandırıldı

media-hightechnic-468x90

Çin ölkənin ən iri neft emalı müəssisələrinə benzin və dizel yanacağının xarici bazarlara satışını müvəqqəti dayandırmaq barədə göstəriş verib. Bu addım Yaxın Şərq regionunda vəziyyətin gərginləşməsi fonunda atılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Çinin Milli İnkişaf və İslahat Komissiyasının rəsmiləri neft emalı zavodlarının rəhbərləri ilə keçirilən görüşdə yanacaq ixracını dərhal dayandırmağı şifahi şəkildə tövsiyə ediblər. Müəssisələrdən yeni ixrac müqavilələrini imzalamamaq və mövcud tədarüklərin ləğvi istiqamətində danışıqlara başlamaq tələb olunub.

Qadağa sürtgü yağı və aviasiya yanacağına, həmçinin Honkonq və Makao istiqamətindəki tədarüklərə şamil edilmir. Zavodlar hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Pekinin bu qərarı Yaxın Şərqdəki böhran səbəbindən neft tədarükündə yarana biləcək fasilələr riskinə qarşı daxili tələbatı təmin etmək niyyətindən irəli gəlir./Oxu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05