!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqin böyüyən BAŞ BƏLASI: “ABŞ husilərə qarşı heç bir tədbir görmürsə, deməli...”

!Reklam – Yazi

“Husilərin Qırmızı dənizdəki fəaliyyəti İsrail və bütövlükdə region dövlətləri üçün təhlükə yaradır”.

Bu fikirləri husilərin Qırmızı dənizdə hərbi fəallığı artırmalarının səbəblərini və maraqlı dövlətlərin mümkün cavab addımlarını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, husilərin Qırmızı dənizi “iflic” vəziyyətinə salmalarında ayrı-ayrılıqda ABŞ-nin, Rusiyanın və İranın fərqli maraqları var:

“Hələ sovet dövründə Yəmən iki yerə bölünmüşdü və cənubla şimal arasında kəskin mübarizə gedirdi. İranın ciddi dəstək verdiyi şiə yönümlü husilər Yəmənə müdaxilə edən Səudiyyə Ərəbistanı qoşunlarına ciddi müqavimət göstərirdilər. Bunun nəticəsində Səudiyyə öz qoşununu oradan geri çəkməyə məcbur oldu.

Husilər hazırda ölkənin bütün ərazilərinə nəzarət etməsələr də, paytaxtı ələ keçirərək qanuni prezidenti devirə bildilər. İsrail-HƏMAS toqquşmasında da husilər Fələstinə nəinki dəstək verdilər, hətta kənardan da olsa, bu savaşın iştirakçısı oldular.

Bu vaxta kimi proksiordu hesab edilən husilər Yəməndə hakimiyyəti ələ alıblar. Onlar bir müddət əvvələ qədər partizan müharibəsi aparırdılarsa, artıq dənizdə də döyüşməyə başlayıblar. Bundan əlavə, husilərin arsenalında ballistik raketlər, kamikadze-dronlar və başqa effektli silahlar da var. Onlar ballistik raket və kamikadze-dronlarla İsrailə zərbə də endirirlər.

Bilirik ki, Qırmızı dəniz yük daşımalarında çox önəmli paya sahibdir. Bundan əlavə, Suveyiş kanalı da Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirir. Yəni husilər yalnız hərbi yox, həm də başqa təyinatlı gəmilərin hərəkətini məhdudlaşdırıblar. Yəmənin bir hissəsini Qırmızı dənizin, digər hissəsini isə Hind okeanına çıxan Ədən körfəzinin suları yuyur.

Husilərin indi əl atdıqları bu taktikadan vaxtilə Somali də istifadə edirdi. Dəniz quldurları fərq qoymadan bütün gəmilərə hücum edirdilər. ABŞ və Rusiya bu təhlükəyə qarşı tədbir gördülər. Ancaq Somali dəniz quldurlarından fərqli olaraq husilərin gəmiləri, artilleriyası, ballistik raketləri, PUA-ları var. Onlar İsrailin Qəzzaya hücumunu əsas gətirərək Qırmızı dənizdə hərəkət edən gəmilərə hücum edirlər.

Nəticədə artıq bir neçə gəmi ələ keçirilib. Hazırda 55 gəmi Qırmızı dənizə daxil olmaq üçün gözləsə də, risk etmək istəmirlər. Bu da İsrail üçün, bütövlükdə region üçün ciddi təhlükə yaradır. Husilərin bu addımı neftin bahalaşmasına yol açır. Əgər regionda hərbi donanması olan ABŞ husilərə qarşı hərəkətə keçmirsə, deməli, bu işdə onun da öz maraqları var.

Belə görünür, Qırmızı dənizdəki bu vəziyyət ABŞ-nin işinə yarayır. Qırmızı dəniz bağlı olduğu üçün gəmilər mənzil başına çatmaq üçün 10 min kilometr məsafə qət etməlidirlər. Bu isə baha başa gəldiyi üçün əksər məhsulların qiymətinin artmasına səbəb olacaq. Çinin məlum marşrutuna qarşı Hindistan və onun tərəfdaşları yeni yol təklif edirdilər. Əgər Qırmızı dənizdə hərəkət bərpa edilməzsə, o yolun açılması gündəmə gələr.

Bu məsələdə ABŞ-nin də, Rusiyanın da, İranın da öz maraqları var. Rusiya da Şimal Buzlu Okean tərəfdən yolun açılmasını təklif edir. Ona maraq olsa da, yolun işlək vəziyyətdə olması sual altındadır. Çünki o yol qışda tamamilə donur, yayda isə gəmilərin önü ilə buzqıran gəmi getməlidir. Yəni Şimal Buzlu okean marşrutu da özlüyündə risklidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv