“Bu gün bağ evlərinin qiyməti təxminən 100-500 min manat arasında dəyişilir”.
Bunu yay fəslinin yaxınlaşması fonunda Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətinlərində müşahidə olunan dəyişikliyə toxunan əmlak məsələləri üzrə ekspert Mirdamət Əzizov Yenicag.az-a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, hazırda ən çox tələbat Novxanı və Mərdəkan istiqamətlərində olan bağ evlərinədir”:
“Havalar isindikcə, bağ evlərinə tələbat artır. Bu isə öz növbəsində qiymət artımına səbəb olur. Hazırda ən çox Novxanı və Mərdəkan istiqamətlərində olan bağlara tələbat var. Buradakı evlərin qiyməti yerinə və evin vəziyyətinə görə dəyişir.
Hazırda bağ və fərdi evlərin satış qiymətləri çox da artmayıb. Pandemiya dövrü olsa belə, daşınmaz əmlak bazarında alıcılar var. Əmlak bazarında orta qiymətə olan bağ və fərdi yaşayış evlərinə tələbat olsa da, bu tendensiyanı nisbətən bahalı villalara şamil etmək olmaz.
Əvvəllər bahalı bağ evi almaq istəyən insanlar üçün təqribi hədd 800 min və ya 1-1,5 milyon manat civarında idi. Demək olar ki, indi həmin bağ evləri real bazar qiymətinə təklif edilir”.
Gülşən Şərif
www.yenicag.az