!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaxşı ki, Ərdoğan kimi dövlət başçıları var...” – Yəhudi ekspert

!Reklam – Yazi

“Türkiyə prezidentinin Misirin sabiq prezidentinin ölümü ilə bağlı qətiyyətli mövqeyi təqdir olunur”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümünə verilən reaksiyaları dəyərləndirən yəhudi əsilli ekspert İsrael Şamir deyib.

İsrael Şamir

Şamirin sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bu məsələdə tutduğu mövqe müsbət qiymətləndirilməlidir:

“Yaxşı ki, Ərdoğan kimi dövlət başçıları var. Bu, yaxın gələcəkdə baş verə biləcək böyük müharibədə çox vacib amil olacaq. Ərdoğan Misirin demokratik yolla seçilmiş yeganə prezidenti olan Mursinin qətlinə görə “yeni firon” Sisini günahlandırıb. Mursini 6 il həbsdə saxlayıblar, məhkəmə onun sözünü dinləmədi. Çox şeylər elə sirr olaraq qaldı. Mursi məhkəmədə yıxıldı, amma həkim çağırıb, ona ilkin yardım göstərmədilər, ölümünə səbəb oldular. Mursini xalq seçmişdi, lakin ordu onu devirib həbsə atdı, sonra isə öldürdü”.

Qafqaz Ömərov

www.yenicag.az

6238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv