Yazıçının evi söküldü – Fotolar

media-hightechnic-468x90

7911174dfv1ABŞ-ın məşhur fantast yazıçısı Rey Bredberinin Los-Anceles şəhərində yerləşən evi sökülüb.

Bu haqda məlumatı “Los Angeles Times” nəşri yayıb.
Yazıçının həmin evdə 50 il yaşadığı deyilir.

2012-ci ildə yazıçı vəfat edəndən sonra onun evi satışa çıxarılıb və 1 milyon 765 min dollara satılıb. Ötən il dekabrın 30-da isə evin yeni sahibi onun sökülməsi üçün icazə alıb.

Rey Bredberinin fanatlarından biri Con Kinq Tarpinian öz səhifəsində yazıb ki, bir gün ərzində ev tamamilə sökülüb.

Yazıçıya məxsus olan materiallar isə İndiana ştatında Bredberinin yaradıcılığını araşdıran Mərkəzə verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600