!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yeganədən SƏRT AÇIQLAMA: “Azərbaycanda ərə bank, kredit faizi kimi baxırlar”

!Reklam – Yazi

“Məsələ araşdırılmalı və həmin ana cəzalandırılmalıdır”.

Bunu aparıcı Yeganə Cansail Bakıda 13 yaşlı qızıın 37 yaşlı kişi ilə nişanlanması xəbərinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

O, Azərbaycanda ərə getməyi çıxış yolu sayan qadınlarla bağlı sərt fikirlər səsləndirib:

“Azərbaycanda, paytaxt Bakıda belə bir hadisənin baş verməsi üzücüdür. Belə analara üzülürəm. Həyatlarında xoşbəxt ola bilməyiblər, ya maddi, ya təhsil problemləri olub deyə indi bu addımı atırlar. Sərt səslənsə də,  həmin analar cahildir. Bu cahil həyatlarını da övladlarının həyatlarına calayırlar. Övlad təhsil almaq arzusunda ola-ola sən nə haqla onu məktəbdən uzaqlaşdırırsan?.. Hələ bu azmış kimi, onu 37 yaşlı kişi ilə nişanlayırsan. Hansı haqla? Kim verib sənə bu ixtiyarı? Qanunda bunun bir cavabı var və həmin uşağın hüquqları da qanunla tənzimlənir. Bu məsələ araşdırılmalı və həmin ana cəzalandırılmalıdır. Ana onu dünyaya gətirib, amma bu o demək deyil ki, övladını istədiyi kimi böyüdər, yaxud da 13-18 yaşında ərə verib təhsildən yayındıra bilər. Bəlkə o, gələcəyin bir həkimi, müəllimi, kosmonavtıdır. Ən əsası canlıdır, gələcək arzuları var. Sən hansı əsasla, hansı haqla onu evlənməyə məcbur edə bilərsən?.. Ən gülməli budur ki, Azərbaycanda daha çox qadınlarımız ərə gedib bəbəxt olurlar. Elə ana düşünməkdənsə ki, uşağım təhsil alsın, ağ günə çıxsın, əksinə, uşağının həyatını özününkünə bənzədir. Ərə getmək ağ günə çıxmaq, işıqlı yol demək deyil. Əlbəttə, ailə qurmaq normal bir haldır. Hər şeyin öz istək dövrü, yaşı var və s. Amma ər çıxış yolu demək deyil. Azərbaycanda ərə çıxış yolu, bank, kredit faizi kimi baxırlar, bircə ər kimi baxmırlar”.

Cəvahir

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv