!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Yemək yediyimiz yerdə qəfildən…” - Xalq artistindən Fuad Poladovla bağlı MARAQLI FAKT

!Reklam – Yazi

“Fuad qeyri-adi istedada malik aktyor olmaqla bərabər, həm də qeyri-adi insan idi. Ona heyran olmamaq mümkünsüz idi”.

Bunu doğum günü olan sevilən aktyor Fuad Poladovu yad edərkən Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.


O, sənət dostunu bir insan kimi xarakterizə edib:

“Fuad Poladov aktyor kimi mükəmməl aktyor idi. Canlandırdığı obrazlar buna bariz sübutdur. Bu gün Fuad Poladovun obrazları yenə də canlıdır, yenə də danışır. Çünki əsl sənətkar həmişə insanların ürəyində əbədi yuva qurur.

Fuadı insan kimi xarakterizə etmək istəyirəm. Fuad aktyor kimi də, insan kimi də çoxlarından fərqlənirdi. Yadımdadır, 1997-ci ildə “Fatehlərin divanı” adlı bir seriala çəkilirdik. Fuad Əmir Teymuru oynayırdı, mənə də şahid obrazı həvalə olunmuşdu. Həmişə biz məşqdən sonra piyada gəzirdik, oturub çay içib, yemək yeyib söhbətləşirdik. Bir gün çörək yediyimiz yerdə onun asta səslə mahnı oxuduğunu gördüm. Çox məlahətli səsi və avazı vardı, ilk dəfə bunun şahidi oldum. Öz dünyasına qapanıb oxuyurdu, sanki ətrafda heç kim yox idi. Mahnı bitəndə dedi, Yasin mən gözəl əhval-ruhiyyədən, xoş ünsiyyətdən zövq alıram. Həyatdan zövq almağı bacarırdı. Süfrə arxasında onun yaşamaq eşqini və ürəyinin nə qədər həyat sevgisi ilə döyündüyünün şahidi oldum. Onda yaşamaq eşqi həddən artıq güclü idi. Ölüm xəbərini alanda sarsıldım. Qəlbi bu qədər həyat sevgisi ilə döyünən bir insanın ölümünü heç cürə qəbul edə bilmirdim. Amansız xəstəlik onu bizdən alıb apardı”.

Cəvahir

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv