Yəməndə prezident iqamətgahı dağıdıldı

media-hightechnic-468x90

c313b148cb381b9c636e42502d90b7d4Yəmənin Ədən şəhərində yerli əhali prezident iqamətgahını qarət etməyə başlayıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan etmişdi.

Qeyd edək ki, bir qədər əvvəl Yəmən prezidentinin ölkəni tərk etməsi barədə məlumat yayılmışdı. Hazırda Mənsur Hadinın harada olduğu məlum deyil.

Xatırladaq ki, şiə qiyamçıları bu ilin yanvarında prezident sarayını zəbt edərək hakimiyyəti ələ keçiriblər. Mənsur Hadi istefa müraciətini parlamentə göndərsə də, sonra paytaxt Sənadan doğma Ədən şəhərinə qaçıb və parlamentə istefa ərizəsini geri götürməsi ilə bağlı müraciət göndərmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600