Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

media-hightechnic-468x90

Yəməndən atılan raket gecə saatlarında Təl-Əviv şəhərindəki yaşayış massivinin uşaq meydançasında partlayıb.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində ətrafdakı evlərin şüşələri qırılıb.

“Ynet” portalının məlumatına görə, hücum nəticəsində 16 nəfər yüngül xəsarət alıb, 14 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

Qeyd edək ki, gecə saatlarında Yəməndən İsrailin mərkəzinə doğru bir raket atılıb. Ordunun mətbuat xidməti hava hücumundan müdafiə vasitələrinin raketi vura bilmədiyini açıqlayıb. Ölkənin mərkəzi hissəsində raket təhlükəsi ilə bağlı hava hücumu xəbərdarlığı elan edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600