Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Yeni Azərbaycan Partiyası müşavirə keçirdi - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Yenicag.az xəbər verir ki, müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib. O, bu ilin əvvəlindən dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirildiyini və bunun nəticəsində ölkəmizdə əməkhaqlarının, təqaüdlərin və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

Baş nazirin müavini qeyd edib ki, sosial-iqtisadi sahədə, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır. Onun sözlərinə görə, hər bir dövlətin həyata keçirdiyi funksiyalar çərçivəsində iki vəzifə fundamental məna və əhəmiyyət kəsb edir. Onlardan biri təhlükəsizliyin təmin edilməsi, ikinci insanların rifahının yaxşılaşdırılmasıdır. Sevindirici haldır ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqlik, əmin-amanlıq, təhlükəsizlik təmin olunur. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. İndiki halda dünyanın bir çox ölkələrində baş verən qanlı toqquşmalar, fəlakətlər, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir. Bu sərvət Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi ən böyük nemətlərdən biridir. Prezident İlham Əliyev də bu xətti, strategiyanı uğurla davam etdirir.

Ə.Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir. Çünki təhlükəsizlik, sabitlik olmasa, hər hansı iqtisadi islahatlardan, uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz. “Hesab edirəm ki, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər. Bütün bunların sayəsində Azərbaycan uğurla inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir. Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib”.

YAP Sədrinin müavini onu da diqqətə çatdırıb ki, partiyanın üzvləri Azərbaycanın uğurlarını ictimaiyyət arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. Çünki müstəqil Azərbaycanın inkişafını və güclənməsini gözü götürməyən dairələr, o cümlədən radikal müxalifət sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu dairlərin əsl niyyətləri Azərbaycan cəmiyyətində ifşa olunmalıdır.

Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçirləcəyini deyən YAP Sədrinin müavini partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Yeni Azərbaycan Partiyasının böyük gücə və cəmiyyətimizdə yüksək nüfuza malik olduğunu deyən Ə.Əhmədov partiyanən siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov, partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

www.yenicag.az

729
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM