!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni ibtidai sinif dərslikləri hazırlanacaq

!Reklam – Yazi

“Təhsil Nazirliyinin sifarişi ilə Təhsil Problemləri İnstitutu yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparır”.

Yenicag.az xəbər verir ki, bunu təhsil naziri səlahiyyətlərini icra edən nazir müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, hər bir sinif üçün dərslik hazırlanan zaman müəllim üçün də metodik vəsait hazırlanır:

“Yeni ehtiyat dərslik modelində müəllimlər üçün də tövsiyə xarakterli metodik vəsaitin hazırlanması nəzərdə tutulub”.
Ceyhun Bayramov əlavə edib ki, ilkin konsepsiya hazırlanan zaman beynəlxalq tədqiqatın nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb:

“Hesab edirik ki, beynəxalq təqdiqaqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik”.

C.Bayramovun sözlərinə əsasən, bəzən kurrikulum valideynlər, mütəxəssislər tərəfindən birmənalı qarşılanmır:

“Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir . Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib” .

www.yenicag.az

2233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv