Yeni il gecəsi beş nəfəri avtomobillə vuran sürücü həbs olundu

media-hightechnic-468x90

Dekabrın 31-də saat 20 radələrində İmişli şəhər sakini, 1989-cu il təvəllüdlü Seymur Mehtiyev idarə etdiyi “VAZ-2107” markalı 30 BD 026 dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar – Səbuhi Mustafazadə, Sabir Cavadlı, Ruslan Cavadov, Şəhriyar Həsənli və Həsrət Nəsirovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Yenicag.az Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

S.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600