!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BSM-in direktoru: “Bu gün Azərbaycan, tibb sahəsində ikinci inkişaf mərhələsinə qədəm qoyub”

!Reklam – Yazi

“Klinikamızda süni intellektlə işləyən 3 tibbi cihazımız və 3D xəritələmə bacaran texnologiyamız var”

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in təşkilatçılığı ilə keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirinin I panelində çıxış edən Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan, tibb sahəsində ikinci inkişaf mərhələsinə qədəm qoyub.

“Süni intellektin tətbiqi və müasir texnologiyalara əsaslanan yeni cihazlarla tibb müəssisələrin təchiz olunması bunu deməyə əsas verir. Bir sözlə, hazırda süni intellektlə işləyən texnologiyaların gətirilməsindən danışılması mühüm inkişafdan xəbər verir. Müasir tibbə uyğunlaşmaq indiki dövr üçün çox vacibdir”.

“Klinikamızda süni intellektlə işləyən 3 tibbi cihazımız və 3D xəritələmə bacaran texnologiyamız var. Nəticə etibarilə üzərimizə düşən keyfiyyətli xidməti göstərməliyik. Ümumilikdə tibb müəssisələri keyfiyyətli xidmət öhdəliyini uğurla yerinə yetirməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv