Yeni prezidentin andiçmə mərasiminin günü açıqlandı

media-hightechnic-468x90
frgthUkraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi iyunun 7-də keçiriləcək.

Bu barədə Pyotr Poroşenkonun seçki qərargahının mətbuat xidmətinin rəhbəri İrina Friz məlumat verib.

Onun sözlərinə görə, qərargah andiçmə mərasimi ilə əlaqədar Maydanda  heç bir təntənəli tədbir keçirməyi planlaşdırmır.

Bundan əvvəl Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov yeni seçilmiş prezidentin inauqurasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Müvafiq planın 2 gün ərzində hazırlanmasına dair göstəriş verilib.

Qeyd edək ki, səsvermənin nəticələrinə görə, növbədənkənar prezident seçkilərində  P.Poroşenko 54,7 faiz səs toplayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600