!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni reallıqlar və sülh PERSPEKTİVLƏRİ: “Ermənistanın separatizm siyasəti iflasa uğrayıb”

!Reklam – Yazi

“Ermənistanın vaxtilə həyata keçirdiyi işğalçılıq və separatizm siyasəti Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yanaşı həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində iflasa uğrayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, Ermənistan parlamentinin sədri Alen Simonyanın öz fəaliyyətini dayandıran Ermənistan -“Artsax” qondarma “parlamentlərarası komissiyası”nın buraxılması ilə bağlı səsləndiridyi fikirlərə münasibət bildirib.

S. Kərimliyə görə, rəsmi İrəvan artıq yaxşı anlayır ki, işğalçılıq və separatizm meylləri Ermənistan üçün yaxşı heç nə vəd etmir:

“Bütün bu mənfi tendensiyalar isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çox ciddi maneələr yaradır. Vaxtilə Ermənistan hakimiyyəti Qarabağda fəaliyyət göstərən qondarma rejimlə çox sıx əlaqələr qururdu. Lakin 2020-ci il müharibəsindən sonra torpaqlarımızdan separatçı meyllər tamamilə tarixin arxivinə yuvarlandı və biz ərazilərimizdə bu meyllərin kökünü birdəfəlik kəsdik”.

Politoloq xatırladıb ki, artıq separatçı qurum tarixin arxivinə yuvarlanıb və bölgəmizdə yeni reallıqlar yaranıb:

“Ona görə də bu gün Ermənistan hakimiyyəti özünü buraxmış separatçı rejimlə əlaqələrin tamamilə kəsilməsi istiqamətində addımlar atır. Bəlkə də İrəvan administrasiyası pərdəarxasında sözügedən separatçı rejimin tör-töküntülərini dəstəkləsə də, açıq şəkildə və hüquqi baxımdan öz keçmiş səhvlərinə düzəlişlər etməyə çalışır. Ola bilsin ki, Ermənistan bununla dünya ictimaiyyətinə özünün sülhsevərliyini göstərmək niyyətindədir”

O, həmçinin diqqətə çatdırıb ki, Ermənistan və keçmiş qondarma rejim arasındakı parlamentlərarası münasibətlərin kəsilməsi fonunda fikirlər səslənsə də, yenə də Ermənistanda revanşist, radikal və separatizmə meylli fərdlərin aktivləşməsi müşahidə olunur:

“Təəssüf ki, Ermənistan hakimiyyəti İrəvanın mərkəzində fəaliyyət göstərən bu cür yaramaz qüvvələrin fəaliyyətini pərdəarxasında dəstəkləyir və onların qanunla müvafiq qaydada cəzalandırılmasını, yaxud fəaliyyətlərinin dayandırılmasını təmin etmək istəmir. Amma, hər halda, bu addım təqdirəlayiqdir, çünki Ermənistan çox yaxşı anlamalıdır ki, bu cür separatçı meyllərin kökü birdəfəlik kəsilsin”.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan qarşı tərəfin səlahiyyətlərini itirdiyi üçün Ermənistan – “Artsax” qondarma “parlamentlərarası komissiyası”nın buraxılmasının zəruriliyini bəyan edib. Onun sözlərinə görə, qondarma “DQR” rəsmiləri, o cümlədən “Dağlıq Qarabağın prezidenti” ifadəsi artıq yoxdur.

Rafi Müslümov

COP29

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv