“Yeni rəqəmsal çağırışlar: Qeyri-hökumət təşkilatları, media və süni intellekt” mövzusunda panel KEÇİRİLDİ – FOTO/VİDEO

media-hightechnic-468x90

İyulun 26-sında “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Yeni rəqəmsal çağırışlar: Qeyri-hökumət təşkilatları, media və süni intellekt” mövzusunda panel keçirilib.

Yenicag.az xəbər verir ki, milli mətbuatımızın 150-ci ildönümünə həsr olunan paneldə yeni rəqəmsal çağırışlar dövründə süni intellektdən istifadənin texniki və etik tərəfləri müzakirə olunub.

media-img_1000

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Dilqəm Əhməd süni intellektdən istifadənin müsbət tərəflərindən danışıb. Panelin spikerləri APA TV-nin direktoru Orxan Məmmədli, Oxu.az saytının yazarı Kubra Məhərrəmova və süni intellekt üzrə mütəxəssis Ümid Salay yeni rəqəmsal çağırışların faydalı və zərərli tərəfləri haqqında çıxış ediblər.

Tədbir panel müzakirəsi və sual-cavab şəklində davam edib. Həmçinin tədbirdə Azərbaycan mətbuat tarixinə dair nadir sənədlərin sərgisi keçirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa