Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK - Aprelin 1-dən..

media-hightechnic-468x90

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır… İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, – qurumdan bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 10-da Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Türkiyə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər edə biləcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600