Yeniyetmə idmançımız Rusiyada birinci oldu

media-hightechnic-468x90

Rusiyanın Tver şəhərində 2006-2008-ci il təvəllüdlü yeniyetmə güləşçilər arasında yunan-Roma güləşi üzrə turnir keçirilib.

Yenicag.az xəbər verir ki, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş yarışda 80-dən çox idmançı gücünü sınayıb. 57 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz Nuran Musəvi türnirin ali mükafatına sahib çıxıb. Finala qədər bir gündə altı rəqibinin kürəyini yerə vuran Nuran yorğunluğa baxmayaraq, həlledici mübarizədə də əzmini ortaya qoyub. Bu qələbə sayəsində həmyerlimiz 3-5 dekabr tarixlərində Vladimir şəhərində keçiriləcək Ümumrusiya turnirində Tver vilayətini təmsil etmək hüququ qazanıb./Sport7.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600