Yeniyetməni döyüb videoya çəkdilər - Araşdırma başlandı

media-hightechnic-468x90

Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır.

media-banner_tuq

Bu bərədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, – açıqlamada qeyd olunub.

Bildirək ki, azyaşlı qız amansızcasına döyülüb, videoya çəkilib, görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05