“İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici Əlaqələr Şurasının analitikləri Christina Bouri və Stephen Cook məlumat yayıb.
Onlar iqlim dəyişikliyinin Yaxın Şərqi yaşayış üçün yararsız hala gətirəcəyini iddia edirlər.
ABŞ-dən olan ekspertlər qeyd ediblər ki, regionun bir çox ölkəsində müsəlmanların Həcc dövrünə təsadüf edən anomal yüksək temperatur müşahidə olunur. Bu, artıq Yaxın Şərqdəki insanların həyatına təsir edir.
“Mövcud iqlim şəraiti ciddi təhlükə yaradır və bu yay region üçün xüsusilə ağır keçib və bunun nəticələri bütün dünyaya təsir edə bilər”.
Analitiklər xəbərdarlıq edirlər ki, davamlı istilər quraqlıq və su çatışmazlığı da daxil olmaqla əhəmiyyətli problemlərə gətirib çıxaracaq ki, bu da susuzlaşmaya və xəstəliyin yayılmasına səbəb ola bilər.
Bu arada avropalı alimlər iqlim dəyişikliyinin dağıdıcı yanğınları gücləndirdiyini bildiriblər. Araşdırmada vurğulanır ki, meşə yanğınlarının təhlili 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər aparılıb. Kanada və Amazonda yanğınların səbəbi demək olar ki, iqlim dəyişikliyidir. Alimlərin fikrincə, bunun ehtimalı 99%-dən çoxdur./unikal
www.yenicag.az