!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeraltı təkanlar ocaqlar sönənə qədər davam edəcək - Rəsmi

!Reklam – Yazi

Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir:

“Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ fevralın 6-da saat 06:25:50-də Pirqulu stansiyasından 9 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

COP29

www.yenicag.az

1589
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv