!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlax-Bərdə yolunda zəncirvari qəza - Yaralılar var

!Reklam – Yazi

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, 3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Qəzada xəsarər alanlardan ikisinin kimliyi də məlumdur. Onlar “Mercedes” markalı avtomobildə olan 1978-ci il təvəllüdlü Abbasov Ceyhun Əkbər oğlu və motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Alim Novruz oğludur.

İlkin məlumata əsasən, “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını motosikletə, daha sonra isə “Mercedes” markalı iki avtomobilə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili ərazidə tərk edərək, hadisə yerindən yaralı halda uzaqlaşıb.

www.yenicag.az

1837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv