!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxdakı qətlin TƏFƏRRÜATI - Yas mərasimində...

!Reklam – Yazi

Yevlax rayonunda 26 yaşlı kişini qətlə yetirən şəxs istintaqa cəlb edilib.

Yenicag.az-ın məlumatına görə, mayın 6-da günorta saatlarında rayonun Qaraçılar məhəlləsində 1994-cü il təvəllüdlü Seyidov Ceyhun Məzahir oğlu mübahisə zəminində bıçaqlanıb.

Bir bıçaq yarası alan C.Seyidov ağır halda xəstəxanaya aparılıb. Lakin orada onun öldüyü məlum olub.

Cinayət törədən şəxs isə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü, Rəşad Rəşid oğlu Dəvrişov saxlanılaraq istintaqa cəlb olunub.

Hadisə günü Qaraçılar məhəlləsində keçirilən yas mərasimində tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Daha sonra mağardan çıxaraq kənarda mübahisələrini davam etdiriblər.

Nəticədə tərəflərdən biri digərini bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır.

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv