Yeznə qaynı bıçaqladı

media-hightechnic-468x90

44704Göygöldə yeznə və qayın arasındakı mübahisə bıçaqlanma ilə bitib. Nəticədə onlardan biri dünyasını dəyişib, birinin vəziyyəti isə ağırdı.

Hadisə rayonun Quşqara kəndində baş verib. Gəncə sakini 29 yaşlı Kamil Rüstəmov şəxsi münasibətlər zəminində keçmiş qayını 30 yaşlı Urfan Rzayevlə bıçaq davasına çıxıb. Nəticədə hər iki şəxs bədənin müxtəlif nahiyələrindən xəsarət alıblar.

Hadisədən sonra hər iki şəxs ətrafdakıların köməkliyilə xəstəxanaya çatdırılıb. Həkimlər Kamil Rüstəmovun həyatını xilas edə bilməyib. O, qanaxmadan dünyasını dəyişib. Qətli törətməkdə şübhəli bililən Urfan Rzayev isə artıq əməliyyat olunub və hazırda o, polisin nəzarəti altında müalicə alır.

Xəstəxanadan verilən məlumta görə, Urfan Rzayevin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. (anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa