“Hadisə yerindən uzaqlaşmaq, İnzibati Xətalar Məcəlləsinə görə, cinayət məsuliyyəti belə yarada bilər”.
Bunu Yenicag.az-a açıqlamasında yol nəqliyyat hadisəsi baş verdikdə hansı addımların atılmalı olduğundan danışan nəqliyyat eksperti deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq baş verən yüngül qəza hadisələri zamanı tərəflər razılığa gələ bilirsə, yol polisinin, yaxud sığortanın gəlməsinə ehtiyac qalmır.
“Zərər əgər ödənilə biləcək məbləğdirsə, misal üçün 20 manat, yaxud 50 manat olduqda tərəflər öz aralarında razılığa gələ bilər. Lakin şikayətçi varsa və zərər böyükdürsə, müvafiq orqanlara zəng etmək mütləqdir. Bu zaman hadisə aktlaşdırılır və lazımi addımlar atılır. Qəza hadisəsi baş verdikdə öncə də qeyd edildiyi kimi, tərəflər yerində olmalıdır. Hadisə yerindən uzaqlaşmaq İnzibati Xətalar Məcəlləsinə görə cinayət məsuliyyəti belə yarada bilər”, – deyə ekspert bildirib.
Nəsimi Ələsgərli