Reklam

Reklam

237833Sürücülər törətdikləri qayda pozuntusundan aylarla məlumatsız olurlar. Onlar qayda pozuntusuna görə tərtib olunan cərimə protokollarının ünvanlarına vaxtında göndərilmədiyini deyirlər. Bir anda 7-8 qayda pozuntusu haqqında məlumat tutan sürücülər gözləmədiyi məbləğdə cərimə ödəməli olurlar.

Belə halla üzləşən sürücülərdən biri də Mədət Əmirşahovdur. Mədət Əmirşahov avtomobili ilə ayrı-ayrı vaxtlarda 7 dəfə yol hərəkəti qaydasını pozub. Ancaq üstündən xeyli vaxt keçsə də, protokollar onun ünvanına göndərilməyib.

Üstəlik, belə sürücülər tək deyil. Bu isə sürücüləri sürpriz maddi ziyan deməkdir.
Ekspertlər deyirlər ki, qayda pozuntusu əgər radarlar və nəzarət kameraları vasitəsi ilə qeydə alınıbsa, avtomoatik olaraq mərkəzi məlumat bazasına göndərilir.

Protokollardan vaxtında xəbərdar olmamasının səbəblərindən biri sürücünün bildirdiyi ünvanda yaşamamasıdır. İkinci bir səbəb məsul şəxslərin məsuliyyətsizliyidir. Bu səbəbə görə sürücülər protokolun ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər(Avtosfer).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."