Yol Polisindən qadın sürücü ilə bağlı şok video
Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyinə dair birgə sosial çarx hazırlayıb. Daim gündəmdə olan mövzuya həsr olunmuş çarx olduqca təsirli və düşündürücüdür.
Avtosfer.az-ın məlumatına görə, xanım sürücü sükan arxasında mobil telefondan istifadə edir. Telefonla danışa-danışa diqqəti yayındığı üçün svetoforun qırmızı işığından keçir və ağır yol qəzası baş verir. Xanım sürücü məktəbdə olan oğlu ilə danışırdı və onu məktəbdən götürməyə gedirdi. Lakin qaydalara etmədiyi üçün həyatını itirdi. Onun azyaşlı oğlunun isə məktəbdə gözü yolda qaldı…
Sosial çarxın əsas mahiyyəti ondan ibarətdir ki, sükan arxasında mobil telefonla danışmaq sürücülərin həyatı üçün təhlükəlidir. (avtosfer.az).
http://www.youtube.com/watch?v=M1eGyH9gS38