Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə  İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq sürücülər nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər.

“Sürücülər yollarda diqqəti artırsınlar. Moped və motosiklet tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir. Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, çoxmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar” – deyə, mayor qeyd edib.

 

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100