Yol qəzasında 6 gənc yaralandı

media-hightechnic-468x90
qeza_vaz_2106_00Ötən gün axşam saatlarında Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Tarverdiyev Samir Mustafa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Cəbrayılov Vahid Vaqif oğlunun idarə etdiyi eyni markalı avtomaşın toqquşub.

Qəza nəticəsində hər iki maşında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar – Xaçmaz rayonu, Pirquluoba kənd sakinləri, 32 yaşlı Tarverdiyev Samir Mustafa oğlu, 22 yaşlı Tarverdiyev Rəşad Tarıverdi oğlu və Bakı şəhəri sakinləri, 27 yaşlı Qədirov Kamran Xudaverdi oğlu, 29 yaşlı Cəbrayılov Vahid Vaqif oğlu, 27 yaşlı Cəfərov Elvin Ağacəfəroğlu, İmamquliyev Əlsafa Ramiz oğludur. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600