Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yola yağ dağıldı, “20 Yanvar” dairəsində hərəkət məhdudlaşdı - FOTOLAR / YENİLƏNDİ 

Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

***

09:00

Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Gecə saatlarında “20 Yanvar” dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

www.yenicag.az

232
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100