Yolda faciə

media-hightechnic-468x90

70559Saatlıda ağır yol qəzası baş verib.

Hadisə Saatlı rayonu Novruzlu kəndi ərazisindən keçən yerli əhəmiyyətli yolda baş verib.

Belə ki, Sabirabad sakini Allahyar Məlikov sükan arxasında olduğu “VAZ-2106” markal atomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil aşaraq yolun kənarındakı su kanalına düşüb.

Qəza zamanı sərnişinlərdən Heydər Həbib oğlu Məlikov və Ramin Bilal oğlu Məlikov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin Əhməd Hacı oğlu Əbilov isə müxtəlif dərəcli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa