Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yollar buz bağlayacaq

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

www.yenicag.az

1592
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM