Yoluxma mənbəyi olan VAKSİN NÖVBƏLƏRİ: “Mexanizm düzgün şəkildə qurulmayıb” – Sosioloqdan ETİRAZ

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, son günlər yoluxmanın artmasının əsas səbəbi vaksinləşmə prosesinin sürətləndirilməsi ilə bağlıdır. Belə ki, vaksin vurdurmaqla bağlı kütləvi axın nəticəsində sosial məsafənin qorunmaması yoluxma üçün əlverişli zəmin yaradır.

Mövzu ilə bağlı “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, vaksinasiya prosesi ilə bağlı düzgün mexanizmin tətbiq olunmaması yoluxma sayının sürətlə artmasına yol açır:

“Yoluxma sayındakı artıma təkcə vaksinləşmə prosesi təsir etmir. Ümumilikdə, vaksinasiya mexanizmi düzgün şəkildə qurulmayıb. Bu baxımdan, vaksin vurdurmağa gələn insanların sıxlığı sosial məsafənin qorunmamasına yol açır. Yaxşı olardı ki, vaskinasiya prosesi mərhələli şəkildə həyata keçirilsin. Belə ki, iş yerlərindən başlayan vaksinasiya prosesi qəsəbə və küçələrə bölünməklə, düzgün şəkildə aparıla bilərdi”.

Gülşən Şərif