“YouTube”-la diqqətli olun

media-hightechnic-468x90

youtube-user-635Hakerlər istifadəçinin kompüterinə “casus” proqramları quraşdırmaq üçün “YouTube” və “Microsoft Live” xidmətlərinin trafikini dəyişdirməyi öyrəniblər.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Citizen Lab” laboratoriyası zərərli proqramın yayılmasının yeni üsulu haqqında hesabat dərc edib.

Tədqiqatçılar hesab edirlər ki, Mərakeş və BƏƏ hökumətlərinin sifarişi üzrə “Hacking Team” şirkəti “casus” proqramının yayılması ilə məşğul olub. Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və İsrail belə izləmə aparan təşkilatlara malikdir.

Trafikin dəyişdirilməsinin qarşısını almağın yeganə üsulu “HTTPS” mühafizə protokolundan istifadə etməkdir. Bu protokol server və istifadəçi kompüteri arasındakı məlumatları tamamilə şifrələyir.

Qeyd edək ki, “YouTube” əvvəlki kimi şifrələmədən istifadə etmir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600