“Haranı qurdalasaq, eyni vəziyyətlə qarşılaşacağıq”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyevin rüşvət almaqda şübhəli şəxs olaraq saxlanılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, tövbələtmə edə bilmirlər:
“Rüşvətxorluq və xəyanətlə ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Rüşvətxor məmur təbəqəsi təmizlənməyənə qədər əməliyyatlar davam etməlidir. Belə halların tam aradan qaldırılması üçün Dövlət Təhlükəsizlik Xidməti əməliyyatları davam etdirəcək.
Haranı qurdalasaq, eyni vəziyyətlə qarşılaşacağıq.
Dövlət tələblərini yerinə yetirməyən xüsusi komanda var. Azərbaycan hakimiyyəti daxilində anti-İlham Əliyev koalisiyası yaradılıb. DTX tərəfindən saxlanılanların əksəriyyətinin bu koalisiyanın üzvləri olduğunu dəfələrlə demişəm. Dövlətini, prezidentini sevən heç bir kəs belə əxlaqsız hərəkətlərə yol verməz. Milləti incitməklə, dövlətin üzərinə qaldırmaqla məşğuldurlar. Ən yüksək səviyyəli məmurların da həbs edilməsi yaxınlarda gözlənilir”.
Nəsimi Ələsgərli
www.yenicag.az