Yüksək sürət qəzaya səbəb oldu

media-hightechnic-468x90

publika.az1397292007qezaGoranboy rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə fevralın 25-də saat 15 radələrində Goranboy-Ağcakənd yolunun 12-ci kilometrliyində, rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, kənd 57 yaşlı Sərdar Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon istiqamətdə hərəkətdə olarkən həmyerlisi Rauf Şərifovun idarə etdiyi “Ford Tranzit” markalı yük maşınla toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb və ciddi deformasiyaya uğrayıb. Qəza nəticəsində minik maşının sürücüsü ağır bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti orta-ağır olaraq qalır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600