Yunanıstanın 1-ci günə kimi vaxtı var

media-hightechnic-468x90
img1853759Kreditorlarla anlaşmanın olmaması Yunanıstanın bank sistemini artıq üzümüzə gələn bazar ertəsinədək vurub sıradan çıxaracaq.
Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” bu ölkənin bank sektorundakı nümayəndələrinə istinadən xəbər verir.
Bütün məhdudiyyətlərə baxmayaraq ölkədən kapital axını artıq gündə 100 milyon avroya çatıb. Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, Yunanıstanın bank sisteminin likvidliyi gələn həftənin birinci günü bitəcək – yəni sadəcə, pul qurtaracaq, ölkə müflis oacaq.
Yunan hökuməti beynəlxalq kreditorlarla anlaşma əldə etməyəcəyi təqdirdə ya ölkəni avrozonadan çıxarmalı, ya da bank əmanətlərini “budamalı” olacaq – yəni faktiki surətdə əmanətçilərin əmanətlərinin bir hissəsini mənimsəyəcək.
Avrokomissiyanın sədri Jan Klod Yunker, Avropa Mərkəzi Bankının başçısı Mario Draqi, Avroqrupun sərdi Yerun Deysselblum və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard bu gün yunan hökumətinin təkliflərini müzakirə edəcəklər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600