!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstanın "maşa" STATUSU: "Bütün bu gərginliklərin səbəbkarı ABŞ-nin imperialist siyasətidir" - Politoloq

!Reklam – Yazi

“Türkiyə-Yunanıstan, Yunanıstan-İran arasındakı gərginliyin səbəbkarı ABŞ-nin imperialist siyasətidir”.

Bu sözləri Yunanıstanın Türkiyəyə qarşı aqressiyası və rəsmi Afina ilə Tehran arasındakı gərginliyi şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Yunanıstan Qərbin diqtəsi ilə hərəkət edir:

“Yunanıstanla Türkiyəyə arasındakı gərginliyin Ukrayna-Rusiya müharibəsi ilə əlaqəsi yoxdur. Sözügedən iki ölkə arasında gərginlik həmişə olub. Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin işğalında yunan ordusu da iştirak etmişdi. Türkiyə ordusunun zəfəri təkcə Avstriya, İngiltərə üzərində yox, həm də yunan ordusu üzərində olmuşdu. Yunanıstan həmişə antik dövrdə ona məxsus olmuş Türkiyənin hazırkı ərazisinə iddia edir. İzmirin qədim yunan şəhəri olduğunu deyirlər. Yunan əsatirlərində keçən yerləri özlərinin hesab edirlər. Müasir dövrdə dövlət sərhədlərinin müəyyənləşdirilməsində tarixi əsatirlərin heç bir rolu yoxdur. Türkiyənin ərazisi dünya tərəfindən tanınır. O iddiaların heç bir əsası yoxdur. İki ölkə arasında 10 ada və Kipr məsələsi var. Yunanıstanla Türkiyə arasında həddən çox ziddiyyət var. Ancaq hər iki dövlət NATO üzvüdür. Düşünürəm ki, iki ölkə arasındakı problem müharibə ilə yox, danışıqlarla həll olunacaq”.

İranla Yunanıstan arasındakı gərginliyə gəldikdə isə politoloq bunları deyib:

“İran tankerləri rus neftini daşıyanda Yunanıstan Rusiya neftinə qoyulmuş qadağaları nəzərə alıb İran gəmilərini saxlamışdı və nefti müsadirə etmişdi. Ona cavab olaraq İran iki yunan tankerini saxladı və nefti müsadirə etdi. İranın dini rəhbəri Xamneyi bildirdi ki, İrana qarşı olan hər hansı bir qanunsuz hərəkətə lazımi sərtliklə cavab veriləcək. Əslində, iki ölkə arasındakı gərginlik İran-Yunanıstan yox, İran-Qərb gərginliyidir. Təbii ki, İran Yunanıstana hücum etməyəcək, yunanlar da İrana. Tehran üzərindən sanksiyalar götürülsə, İran sərbəst şəkildə öz neftini sata biləcək.

Bütün bu gərginliklərin səbəbkarı ABŞ-nin imperialist siyasətidir. Onlar İranı təkləyib məhv etmək istəyirlər. Ancaq İran da bunu qəbul etmir”.

Səxavət Məmməd

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv