!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yurda qayıdış" təşəbbüsü ilə bağlı aksiya - Saxlanılanlardan Pənah Hüseyn danışdı

!Reklam – Yazi

Bu gün “Yurda qayıdış” təşəbbüsü ilə bağlı Ağdam və Tərtərdə aksiya keçirilib.

Yenicag.az xəbər verir ki, aksiyaya təşəbbüskarlar Camal Əhmədov, QAT sədri Akif Nağı, Rəhim Qazıyev, Pənah Hüseyn da qoşulub. Əldə etdiyimiz məlumata görə, aksiyaya qoşulan şəxslər Ağdam, Tərtər polis şöbələrinə aparılıb, izahatları alınaraq sərbəst buraxılıblar.

Baş vermiş aksiya ilə bağlı Pənah Hüseyn Yenicag.az-a açıqlama verib. O, təşəbbüskarlar tərəfindən təyin edilən toplantı yerinə vaxtında çatdıqlarını və hərbi posta qədər gedib çıxdıqlarını bildirib:

“Orada olarkən məlum oldu ki, təşəbbüsçülər də daxil olmaqla digər şəxsləri Ağdam, Bərdə polisi müxtəlif yerlərdə saxlayıblar. Biz postdakı əsgərlərlə salamlaşdıq, söhbət etdik. Polislər bizə bildirdi ki, insanların təhlükəsizliyi baxımından postdan o tərəfə keçməyə icazə verə bilməyəcəklər. Tərtər polisləri bizi Tərtər rayon polis şöbəsinə gətirdilər. Orada yazılı izahat alındıqdan sonra sərbəst buraxıldıq. Məndə olan məlumata görə, digər saxlanılan şəxslər də sərbəst buraxılıb”.

Bugünkü aksiyanın başlanğıc olduğunu bildirən Pənah Hüseyn qeyd edib ki, bu yöndə müzakirələr davam etdiriləcək.

Səxavət Məmməd

www.yenicag.az

1064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv