Yuri Martınov 85 yaşında vəfat etdi

Rusiyanın Əməkdar artisti Yuri Martınov 85 yaşında vəfat edib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, məlumatı Moskva Dövlət Dram Teatrının mətbuat xidməti yayıb.

Yuri Martınov 120 filmdə, o cümlədən “Amansız romans”, “İki nəfər üçün vağzal”, “Kölgələr günorta yox olur”, “Həmin Münhauzen”, “Serjantlar”, “Qusar balladası” və digər filmlərdə çəkilib.