!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuxarı mərtəbədən atılan siqaret 2 otaqlı evi kül etdi

!Reklam – Yazi

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.

Yenicag.az xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan papiros olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb./Report/

www.yenicag.az

1872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv