!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuyucu tozun içindən narkotik çıxdı

!Reklam – Yazi

mari45Azərbaycana gələn şəxsin özü ilə narkotik vasitə gətirdiyi məlum olub.

Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Nemət Sultanov gömrük nəzarətindən keçən zaman ondan hər bir konvalyutda 20 ədəd həb olmaqla 5 konvalyut “Clonazepam 2” adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, N.Sultanovun əl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48,5 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Xatırladaq ki, vətəndaş N.Sultanovdan aşkar edilən “Clonazepam 2” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv