!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zahid Oruc:Zəfər Konstitusiyasının qəbulu zəruridir

!Reklam – Yazi

Milli Məclisin yaz sessiyasında İnsan Hüquqları Komitəsinin işlər plan tərtib edilərkən bir daha Vətən müharibəsində Qələbəmizin ən böyük hüquq hadisəsi olduğunu qeyd edirik.

Qürurlu hadisədir ki, təkcə ərazi və suverenliyin bütövlüyündən deyil, eləcə də vətəndaş tamlığından danışırıq. Uzun illər qanunverici orqanın təmsilçiləri məhz işğalın səbəb olduğu humanitar faciələri, iqtisadi və siyasi itkiləri, məhdudiyyətləri hüquqi aktlara köçürməli olmduşdu. Qələbədən sonra milli gündəliyimiz dəyişib. İndi hakimiyyət instituları içərisində parlamentin də üzərində düşən əsas çağırışlar beynəlxalq təhülkəsizlik böhranının yaratdığı risqlərdən xalqımızı qorumaqla yanaşı, Böyük qayıdış, mina terroru, Qərbi Azərbaycan məsələsi, beynəlxalq təşkilatların ölkəmizlə bağlı hesabatların müqayisəli qiymətləndirilməsi və sair problemləri gündəlikdə tutmaqdır.

Komitənin Fəaliyyət planına təklif edilən mühüm məsələlərdən biri də prezident İlham Əliyev tərəfindən bəyan edilən Konstitusiya və suverenlik ili çərçivəsində hakimiyyət institutlarının üzərinə düşən mühüm vəzifələrdir. Yaxın tarximizə qayıdaraq, qeyd edək ki, ötən əsrin 90-cı illərində Sovetlər Birliyin dağılması ilə müstəqillik qazanan ölkələrin hər biri fərqli siyasi yolu seçdilər.

Dövlətin quruluşu, idarəetmə forması, hakimiyyətin bölgüsü prinsipləri və bütün vətəndaşların hüquq-azadlqılarının təsbit olunduğu Ana Qanun məhz Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə qəbul edildi. Dövlət quruculuğunun Baş planı olan ali sənəd ötən on illər ərzində müxtəlif düzəliş və dəyişikliklərdən keçərək nəhayət, Qələbəmizdən sonra bütövləşdi, işğaldan azad olundu. Son 5 ildə qazandığımız yeni milli və siyasi kimlik qazandıraraq, Zəfər Konstitusiyasının qəbulunu zəruri edir. Referendumun keçirilməsi ilə qalib vətəndaşlarımızı, bütün ictimai-siyasi təşkilat və hərəkatları ümumxalq prosesinə qoşmağa ehtiyac duyulur.

Bir daha xüsusi vurğulayaq ki, son illə müqayisədə dövlət-vətəndaş müanisbətləri köklü şəkildə dəyişib. Eyni zamanda, son illər fərqli idarəetmə təsisatları, məsələn, xüsusi nümayəndəlik institutu icra hakimiyyətləri iləyanaşı, nəinki azad torpaqlarda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında tətbiq edilib. Göründüyü kimi, konstitusion dəyişikliklər millətimizin gələcəyini formalaşdırmaq baxımından həyati zərurətə çevrilib.

Komitənin gündəliyinə layihə olaraq, təklif edilən məsələlər sırasında Ermənistanın son 30 ildə həyata keçirdiyi dağıdıclıq siyasətinə hüquqi qiymət verilməsi və təzminat davalarının açılması, digər tərəfdən, hərbi cinayətlərdə ittiham edilən şəxslər üzərində 17 yanvar tariixndə başlayan məhkəmə prosesi ətrafında  ölkəmizə qarşı başlayan dezinformasiya və təzyiq kampaniyasına qarşı tədbirlər, o cümlədən, Ermənistanın birinci przidenti Levon ter Petrosyan tərəfindən xalqmızıa qarşı 600 illik arzularının-etnik təmizləmə, ölkəmizdən ermənilərin kütləvi köçünün təşkili və digər etiraflara hüquqi qiymətin verilməsi təşkil edəcəkdir.

O ki qaldı burada qaldırılan bir sıra məsələlərə, əlbəttə Əmək hüquqlarının vəziyyətinə dair dinləmələr, süni intellekt texnologiyaları və informasiya məkanında onun təsirləri, həmçinin Penitensiar sistemlə daimi əməkdaşlıq çərçivəsində məhkum edilən şəxslərin hüquqlarının diqqətdə saxlanılması  Komitənin önəm verdiyi məqsədlər sırasında olacaqdır.

www.yenicag.az

97
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv