Zahid Qaralov son mənzilə yola salındı
Tanınmış ictimai-siyasi xadim Zahid Qaralov dəfn edildi.
Yenicag anspress-ə istinadən məlumat verir ki, iki gün öncə 81 yaşında Almaniyada insultdan dünyasını dəyişən Zahid Qaralov ikinci Fəxri xiyabanda torpağa tapşırıldı. Zahid Qaralovu son mənzilə yola salmaq üçün aliə üzvlərilə yanaşı, nazirlər, millət vəkilləri, yerli icra hakimiyyəti başçıları, qısası onu tanıyan hər kəs gəlmişdi.
Zahid Qaralov 1934-cü ilin iyul ayının 10-da Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitunu bitirib. Pedaqoji elmlər doktoru, respublikanın əməkdar müəllim, Milli Məclisin üzvü olub.